Xəbər lenti


Bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzrə işçi qrupunun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçuk Bakı və İrəvana səfər etdi;

Prezident İlham Əliyev dünən Putinlə telefonda danışdı: Qarabağdakı vəziyyət və kommunikasiya məsələsi müzakirə olundu;
Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov Ermənistan baş qərargah rəisi Artak Davtyanla görüşdü;
Nə baş verir?
Üçtərəfli qrupun görüşləri Moskvada keçirilir, bu baxımdan, Overçukun Bakı və İrəvana gəlişi görüşlərdə razılaşdırılan detallar üzrə yeni sənədin imzalanmasının müzakirəsi məqsədi daşıya bilər.

İstisna deyil ki, Moskvada liderlər səviyyəsindəki üçtərəfli görüşdə kommunikasiyasının açılması üzrə əldə olunan razılıq rəsmi sənəd formasında imzalanacaq və Overçuk sənədin detallarını Bakı və İrəvanla razılaşdırır.

Bu səfər fonunda Əliyevlə Putinin telefon danışığında yeni sənədi və onun imzalanması prosedurunu müzakirə etdiyi ehtimalı önə çıxır. Və telefon söhbətinin detallarına dair üç mümkün məqam diqqət çəkir.

Birincisi, Bakı və Ankaranın üzərində xüsusi dayandığı və indiyə qədər qəbul olunan iki bəyanatda da yer alan Zəngəzur dəhlizinin rəsmiləşəcəyidir;
İkincisi, sənəd harada və necə imzalana bilər: Paşinyan 7-8 aprel tarixində Moskvaya gedəcək, mümkündür ki, sənədin imzalanması üçün İlham Əliyev də Moskvada olsun, yaxud imzalanma onlayn formada baş tuta bilər;
Üçüncüsü və ən əsası erməni qoşunlarının Qarabağdan çıxarılması məsələdir: Bakının cari tələbi budur və Ermənistanda prosesin başlandığına dair informasiyalar yayılır; bu diplomatik trafik fonunda Muradovun Davtyanla görüşü aprelin ilk ongünlüyünün tamamlanmasına - sənədin imzalanmasına qədər erməni qoşunlarının çıxarılması məsələsinin müzakirə edildiyi ehtimalını gücləndirir.

/axar.az



Ana səhifəyə qayıt        Baxış: 3 466          Tarix: 2-04-2021, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma