Xəbər lenti
 
 
 
Ermənistan Baş naziri Nikol Paşinyan Zvartnots hava limanına çatmağı və Moskvaya getməyi bacarıb.
 
Ovqat.com “Sputnik-Ermənistan” portalına istinadən xəbər verir ki, erməni müxalifləri Baş nazirin Moskva səfərini əngəlləmək üçün Zvartnots hava limanına gedən yolları bağlamışdılar. Aparılan danışıqlar nəticəsində yollardakı baryerlər qaldırılıb və Paşinyan aeroporta daxil olub.
 
 
Etirazçılar bildiriblər ki, baş nazirin ağlı Moskvaya gedə bilməsinə baxmasın. O, əgər bu gün Azərbaycan və Rusiya liderləri ilə keçiriləcək görüşdə hər hansı sənədə imza atarsa, Ermənistana qayıda bilməyəcək: “Hava məkanı onun üçün bağlanacaq”.
 
Aksiyaçıların fikrincə, Nikol Paşinyan qeyri-legitim bir liderdir: “Ermənistanı təmsil etmir və imzalayacağı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq". 
 
Xatırladaq ki, Rusiya və Azərbaycan prezidentləri Ermənistan Baş naziri ilə Moskvada üçtərəfli danışıqlar aparacaqlar.
 
Tərəflər Qarabağ ətrafındakı vəziyyəti, məhbusların geri qaytarılması və yol-rabitə əlaqələrinin açılması perspektivlərini müzakirə edəcəklər. Ermənistan müxalifləri isə görüşdə ölkənin maraqlarını pozan hansısa sənədin imzalanacağından ehtiyatlanırlar.


Ana səhifəyə qayıt        Baxış: 5 248          Tarix: 11-01-2021, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma