Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
“Son vaxtlar Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin bu hissəsində dəfələrlə təxribatlar baş verib. Bundan əlavə, bu hissədən keçən yol, İrandan da gələn mallar daxil olmaqla, qanunsuz malların daşınması üçün istifadə olunur. Bu isə belə qanunsuz hərəkətlərə necə reaksiya verəcəyini dəfələrlə açıqlayan Azərbaycan tərəfinin qəzəbinə səbəb olur”.
Bunu “Report”a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsindəki vəziyyəti şərh edərkən deyib.
Xatırladaq ki, avqustun 25-də Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb. Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçıblar.
Bundan sonra Ermənistan mətbuatı yolun bu hissəsində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə məlumat yayıb.
“Sərhədçimizin yaralanması ilə nəticələnən bu hadisə Azərbaycan tərəfinin səbr kasasını daşırdı və rəsmi Bakı yolun Azərbaycan ərazisindən keçən hissələri üzrə söz sahibi olmaq hüququndan istifadə etməklə beynəlxalq hüquq normalarına uyğun reaksiya verdi, yolu bağlayaraq gələcəkdə bu cür hərəkətlərin olmasının qarşısını aldı”, - ekspert bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi hər zaman olduğu kimi, Azərbaycanın bu hərəkətlərinə qeyri-adekvat reaksiya verdi və ötən ilin 10 noyabr tarixli üçtərəfli razılaşmasına istinad edərək yolun bu hissəsinin açılmasını tələb etdi: “Ermənistan tərəfi həmişə olduğu kimi, razılaşmanı özünəməxsus üslubda şərh edir və orada nəqliyyatın bərpa edilməsi ilə bağlı yazılan bəndə istinad etməyə çalışır. Amma hələ də Azərbaycanın eksklav yaşayış məntəqələrini Respublikanın əsas hissəsi ilə birləşdirən ərazinin əhəmiyyətli hissəsini blokadada saxladıqlarını nəzərə almırlar. Bu, üçtərəfli sazişin bəndlərinə seçici yanaşmaqdır və bu, Ermənistan siyasi rəhbərliyinin hazırkı siyasətini xarakterizə edir”.
Ekspertin fikrincə, bu hadisələr Azərbaycanın xoş niyyətini anlamayanlar üçün dərs olmalıdır.
“Biz tərəflərin faktiki öhdəliklərini açıq şəkildə ifadə edən üçtərəfli razılaşmanın müddəalarına da diqqət yetiririk. Ermənistan tərəfi istər kommunikasiyaların bərpa edilməsi, istərsə də təhlükəsizlik məsələləri ilə bağlı bütün bu məqamların icrasına mane olmağa davam edərsə, Azərbaycan tərəfi də buna müvafiq qaydada reaksiya verəcək”, - o bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar