Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Aznews.TV, İran 29.08.2021 Ermənistanın bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu iki erməni əsgərinin Azərbaycan sərhədinə hücum etməsindən iki gün sonra Qubadlının Aşağı Cibikli kəndi yaxınlığından bağlanıb. Ermənistan rəsmiləri neçə gündür bu haqda danışır. Onlar yolun açılması üçün Rusiyanın vasitəçiliyi ilə danışıqların getdiyini bildirirlər. Azərbaycan tərəfi baş verənlərə münasibət bildirməyib. Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə baş verənlərlə bağlı “Azadlıq” saytının sualına cavab olaraq bildirib ki, “Ermənista-Azərbaycan dövlət sərhədininin müdafiəsi və mühafizəsi istiqamətində lazımi tədbirlər görülür. Vəziyyət sabitdir, əməliyyar şəraiti bölmələrimizin nəzarəti altındadır”. Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında ötən il noyabrın 10-da Rusiyanın vasitəçili ilə üçtərəfli atəşkəs sazşinin imzalanmasından sonra Azərbaycan Qubadlı və Zəngilan istiqamətində sərhədlərini möhkəmləndirib. Bakı sərhədlərini Sovet dövrünün xəritələrinə uyğun olaraq, bərpa edir. Sovet dönəmində Gorus və Qafan vilayətlərini birləşdirən yol, eləcə də Ermənistanın İranla əlaqəsi bir neçə hissədə Azərbaycan ərazisindən keçirdi. O zaman bu heç kimin diqqətini çəkmirdi. Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyulmasından, beynəlxalq səviyyədə tanınmış sərhədlərin bərpasından sonra Gorus-Qafan yolunun bir hissəsinə nəzarət təbii olaraq Azərbaycana keçib. Lakin Azərbaycan xoş niyyət göstərərək, Gorus-Qafan yolunu bağlamamış, ermənilərin bu yoldan istifadəsinə şərait yaratmışdı. Ancaq İrandan Ermənistana, oradansa Qarabağa, Rusiya sülhməramlılarının nəzarətində olan bölgələrə şübhəli yüklər daşıyan maşınların gedib-gəlməsi, ardınca erməni əsgərlərinin Azərbaycan hərbçilərinə süngü ilə hücumu azərbaycanlıların səbr kasasını daşırıb. Məhz bundan sonra sözügedən yolun Azərbaycan hissəsi qapadılıb. Nəticədə Ermənistanla İran arasında quru əlaqəsi praktik olaraq kəsilib. Erməni mənbələri Yerevan-Tehran marşrutu üzrə avtobusların hərəkətinin dayandırıldığını, həmçinin İrandan Ermənistana və əksinə yük hərəkət edən yük maşınlarının yollarda qaldığını bildirir. Düzdür, Gorusla Qafanı birləşdirən alternativ yol da var. Amma o, torpaq yoldur və həmin yol ilə hərəkət olduqca çətindir. Görünən odur ki, Ermənistan Azərbaycan ərazilərini daim işğal altında saxlayacağına əmin imiş. Belə olmasaydı, 30 il ərzində alternativ yol çəkmək haqda düşünərdilər. Sanki erməni rəsmilər ölkənin iki vilayətini birləşdirən yolun başqa ölkənin suveren ərazisindən keçdiyini yeni öyrəniblər. Onlar bu vəziyyətlə barışmaq istəmir. Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycandan keçməsini həzm edə bilməyən ermənilər əvvəlcə həmin yolda quraşdırılmış, üzərində “Azərbaycana xoş gəlmisiniz!” yazılmış lövhəni yandırmışdılar. Daha sonra onlar vəziyyətlə barışmaq məcburiyyətində qalsalar da, daha bir təxribata əl ataraq, Azərbaycan sərhədçilərinə hücum ediblər. (Fars dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar