Xəbər lenti

“Rusiya ilə ABŞ arasında müxtəlif səviyyələrdə təmaslar olsa da, iki ölkə prezidentlərinin görüşəcəyi barədə konkret fikir yoxdur”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

ABŞ Prezidenti Cozef Baydenlə Rusiya dövlət başçısı Valdimir Putinin bu ilin oktyabrında görüşəcəyinə dair məsələni şərh edən Dmitri Peskov deyib: “Rusiya ilə ABŞ arasında müxtəlif səviyyələrdə təmaslar olsa da, iki ölkə prezidentlərinin görüşü barədə konkret fikir yoxdur”

12:22
ABŞ Prezidenti Cozef Baydenlə Rusya dövlət başçısı Vladimir Putin arasında görüş bu ilin oktyabrında keçirilə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, görüşün təşkil olunması ilə bağlı danışıqlar aparılır.

Bildirilib ki, dövlət başçıları strateji sabitlik, silahlanmaya nəzarət, kiber təhlükəsizlik, Ukrayna, Əfqanıstan, Mərkəzi Asiya, Yaxın Şərq kimi ənənəvi məsələləri müzakirə edəcəklər.



Ana səhifəyə qayıt        Baxış: 3 136          Tarix: 9-09-2021, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma