Xəbər lenti

Ukraynadakı vəziyyətdə eskalasiya baş verəcəyi ehtimalına qarşı Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar hazırlayır.

APA-nın xəbərinə görə, bu barədə “Telegraph” nəşri məlumat verib.

Nəşrin məlumatına görə, sanksiya paketinə ölkənin SWIFT beynəlxalq pul köçürmələri sistemindən kənarlaşdırılması və “Şimal axını 2” layihəsinə qarşı tədbirlər daxildir.

Qəzet yazır ki, məmurlar “Kremlin daha da irəli gedəcəyi təqdirdə” Rusiya iqtisadiyyatını zəiflətmək üçün yeni sanksiyalar üzərində işə başlayıblar.



Ana səhifəyə qayıt        Baxış: 2 707          Tarix: 23-01-2022, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma