Xəbər lenti

Ukrayna Silahlı Qüvvələri Donbasda və digər regionlarda hücumları dəf etməklə ağır döyüşlər aparır.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Düşmən ciddi itkilər verir. İtkiləri daha da çox olacaq. Onlar bizim torpağımıza gəliblər”, - deyə V.Zelenski qeyd edib.

“Düşmənin bizi sdındırmaq planı baş tutmadı. Ukrayna döyüşür və bunu uğurla edir”.

“AzPolitika.info” xəbər verir ki, bunu da Ukraynanın Müdafiə naziri Aleksey Reznikov xalqa müraciətində deyib.

Nazir bildirib ki, Rusiya Ukrayna Ordusu qarşısında ciddi itkilər verməkdədir: “Ukrayna Silahlı Qüvvələri işğalçıları ciddi itkilərə məruz qoyub. Bu gün onlarla, hətta yüzlərlə düşmən tabutu geriyə, Rusiyaya göndəriləcək”.

Reznikov deyib ki, işğalçıların Ukraynanın şərqindəki hücum cəhdinin qarşısı alınıb. Nazir bildirib ki, Türkiyə, Böyük Britaniya və Litva Müdafiə nazirləri ilə əlaqə saxlayıb və Ukrayna daha çox silahla təmin olunacaq.



Ana səhifəyə qayıt        Baxış: 5 017          Tarix: 24-02-2022, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma