Xəbər lenti
Bu gün, 21:45
Bu gün, 21:00
Bu gün, 19:41
Bu gün, 18:46
Bu gün, 09:08
Dünən, 23:00
Dünən, 17:52
Dünən, 15:34
Dünən, 14:44
Dünən, 13:25
“Azərbaycanın Xarici İşlər Nazirliyi bu bəyanatı Müdafiə Nazirliyindən verilən faktlara və kəşfiyyat məlumatlara əsasən verib və bu məlumatlar 100% həqiqətə uyğundur”.
Bu sözləri Yenisabah.az-a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Xatırladaq ki, ötən gün Azərbaycan XİN-in yaydığı bəyanatında deyilir:
“Məhz Ermənistan postmünaqişə mərhələsində Azərbaycana qarşı ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində verdiyi hər bir açıqlamasında gündəmə gətirir. Məhz Ermənistan, üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq, erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Məhz Ermənistan, bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərinin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt beynəlxalq mediada da öz təsdiqini tapıb”.
Öz növbəsində, Üzeyir Cəfərov qeyd edib:
“Onsuz da bilirdik ki, Rusiya sülhməramlıları indiyə qədər bölgəyə mülki geyimdə olan Ermənistan hərbçilərini buraxır. Onlar Qarabağa gələn kimi hərbi forma geyinir, mövqelərə yollanır. Bu, faktdır. Ona görə də indi məsələni ictimailəşdirməyimizin səbəbi, əslində, Rusiya sülhməramlılarının bölgədə Azərbaycanın milli maraqlarına zidd olan fəaliyyətlə məşğul olmasıdır. Azərbaycan bu məsələni çox sərt şəkildə dilə gətirməlidir.
Ümumiyyətlə, Rusiya sülhməramlıları artıq bölgədə etimadını itirib. Kifayət qədər iradlar mövcuddur ki, Rusiya sülhməramlıları bölgəni dərhal tərk etsinlər”.
Ekspert qeyd edib ki, dövləti maraqları nöqteyi-nəzərindən bəzi məsələlər çox da qabardılmır:
“Bu, faktiki olaraq Azərbaycan dövlətinə qarşı separatizmi dəstəkləmək, separatizmə maddi və mənəvi yardım göstərməkdir. Ona görə də, məsələni çox sərt qoymalıyıq. Rusiya sülhməramlılarının fəaliyyətsizliyi konkret Azərbaycan dövləti üçün böyük bir təhlükənin daha da genişlənməsinə şərait yaradır. O cümlədən Ermənistandan gətirilən yaraqlılar arasında Livandan, Suriyadan və s. gələnlər də var ki, onlar çox rahat şəkildə, Rusiyanın “xeyir-duası” ilə ərazilərimizə keçir. Halbuki Azərbaycan dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycanın icazəsi olmadan sülhməramlılar ərazimizə kimisə buraxmamalıdır.
Rusiya XİN rəsmisi Mariya Zaxarova bir neçə dəfə belə bir fikir səsləndirmişdi ki, kimin o əraziyə buraxılıb-buraxılmamasını sülhməramlıların komandanlığı həll edir. Sülhmərmalı komandanlığının da başı tamamilə başqa işlərə – ermənilərlə ortaq biznes fəaliyyətinə qarışıb”.
“Azərbaycan XİN məlum bəyanatı boşuna verməyib. XİN faktlara əsaslanır. Mən də o fikri bölüşürəm ki, 16 ay ərzində bəlkə də bölgəyə Ermənistandan “n” qədər adam gətirilib. Yəni həm çağırışçı, həm də müqaviləli hərbçi, sonra da silahlandırılıblar. Bu gün bölgədə yaşanan gərginlik də 16 ayın "məhsulu"dur.
Azərbaycan prinsip etibarilə çox şeyi bilir, amma Rusiya sülhməramlıları və Rusiya ilə münasibətlərin korlanmaması üçün bəzi mətləbləri açıqlamırıq. Məncə, bunu açıqlamaq və göstərmək lazımdır ki, onlar bölgədə yaxın vaxtlarda gərginliyin artması üçün zəmin hazırlayır və bu işdə ermənilərlə əlbirdir”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər