Xəbər lenti
Bu gün, 21:45
Bu gün, 21:00
Bu gün, 19:41
Bu gün, 18:46
Bu gün, 09:08
Dünən, 23:00
Dünən, 17:52
Dünən, 15:34
Dünən, 14:44
Dünən, 13:25
"Buçan qətliamı qəsdən törədilib. Rusiya mümkün qədər daha çox ukraynalını məhv etməyə çalışır".
Qaynarinfo xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
"Biz onları dayandırmalı və qovmalıyıq. İndi G7-dən yeni dağıdıcı sanksiyalar tələb edirəm", deyə Kuleba əlavə edib.
Nazir həmçinin neft, qaz, kömürə embarqo qoyulmasını, Rusiya gəmiləri və malları üçün bütün limanları bağlamağı, bütün banklarını SWIFT-dən çıxarmağı tələb edib.
Qeyd edək ki, aprelin 1-də Buça meri Anatoli Fedoruk Ukrayna hərbçilərinin rus işğalçılarını şəhərdən qovduğunu təsdiqləyib. Geri çəkilən ruslar qəsəbə daxilində mülki tikililəri, infrastruktur obyektlərini və bəzi əraziləri minalayıblar. Mer bildirib ki, Ukrayna hərbçiləri burada 280 insanın dəfn olunduğu kütləvi məzarlıq aşkarlayıb, şəhərin dağıdılmış küçələri meyitlərlə doludur, təkcə bir küçədə mülki geyimli azı 20 kişinin cəsədi tapılıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər