Xəbər lenti
Bu gün, 09:54
Dünən, 21:45
Dünən, 21:00
Dünən, 19:41
Dünən, 18:46
Dünən, 09:08
30-01-2025, 23:19
30-01-2025, 23:00
30-01-2025, 21:16
30-01-2025, 20:50
30-01-2025, 19:24
30-01-2025, 17:52
30-01-2025, 15:34
30-01-2025, 14:44
30-01-2025, 14:11
Avropa İttifaqı və NATO-nun şərq sərhədlərində yerləşən Ukraynada müharibə gedir. Bu ölkəyə atılan çoxsaylı raketlərdən birinin bir az qərbə, bir az cənub-qərbə düşməyəcəyinə heç kim təminat verə bilməz. Raket düşəndən sonra isə üzr istəmək kimi diplomatik nəzakət davranışı ediləcək və s. Odur ki, müharibənin alovlarının qonşu dövlətləri bürüməyəcəyinə təminat yoxdur. Bunu Ukraynanın başına gələnlər də sübut elədi... Bu ölkə açıq-aşkar hərbi müdaxilə ilə üz-üzədir. Bir tərəfdə öz ərazi bütövlüyü, suverenliyini qoruyan, Qərbin maraqlarını müdafiə edən, arxasında çoxsaylı dəstəkçiləri olan Ukrayna, digər tərəfdə isə Rusiyadır.
Rusiya Ukraynada öz adı ilə açıq müharibə aparır. SSRİ dağıldıqdan sonra onun varisi olan Rusiya ilk dəfədir belə irimiqyaslı əməliyyatda nüvə arsenalı istisna olmaqla bütün növ qoşunları ilə iştirak edir. “Soyuq müharibə” illərində keçmiş SSRİ ABŞ-la münaqişədə pərdə arxasında qala bilirdi. Məsələn, Vyetnam, Anqola, Mozambik, Əfqanıstan, Kuba, Çili və başqa ölkələrdə kommunistlərin, yaxud solyönümlü ideoloji düşərgənin silahlılarının arxasında dayanırdı. Sovetlər dağılandan sonra Rusiya keçmiş müttəfiq respublikalar istisna olmaqla xaricdə ilk dəfə özünü Suriyada göstərdi. Burada da Bəşşar Əsəd rejiminin arxasında dayananlardan biridir. Ancaq Ukraynada ABŞ onunla birbaşa qarşıdurmada deyil. Düzdür, Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin Ukrayna səfəri bir çox mətləblərdən xəbər versə də, bu iki ölkənin bir-birinə qarşı açıq döyüşü anlamına gəlmir. ABŞ maraqlarını və özünü qoruya bilir. Rusiya isə bütün maraqlarını bu müharibədə ortaya qoyub.
Ukrayna hərbi texnika və maliyyə baxımından dəstəklənir. Müharibə xəbərləri qərb blokunun əsas mövzusudr. “Soyuq müharibə” illərində qərblilər “sovet təhlükəsi”ndən ehtiyat edirdilər. SSRİ Qərb ictimaiyyəti üçün düşmən obrazında idi. Sovetlər dağılandan sonra bu obraz da dağıldı. Ancaq 2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlamaqla bu sifəti yenidən diriltdi. Qərb üçün ziddiyyət yarandı. İndi isə bu ziddiyyət ətrafında toplanma, cəmlənmə gedir. Artıq 40 dövlət var. Bununla məsələ ABŞ, NATO, Avropa İttifaqı ilə Rusiya qarşıdurması müstəvisindən çıxarıldı.
Əsas məsələlərdən biri Çin və Hindistanın Rusiya ilə ticarət əməkdaşlığının azalmasına nail olmaqdır. Bu istiqamətdə proses davam edir. Artıq Çinin DJİ şirkəti Rusiyaya bir sıra elektron avadanlıqları ilə yanaşı, PUA-lar satmağı dayandırdığını bildirib. Bu onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi iqtisadi-siyasi və hərbi cəhətdən genişlənir. Bəs onun ərazisinin genişlənməsi mümkündürmü? Sirr deyil ki, Ukraynaya ən çox eyni soydan olan Polşa yardım edir. Ukraynalı qaçqınların çoxu bu ölkədə məskunlaşıb. Rəsmi Varşava bir çox tədbirlərdə Ukraynanın vəkili kimi çıxış edir və s. Bu həm də Polşanın dolayı yolla müharibəyə cəlb olunması deməkdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər