Xəbər lenti

ABŞ hökuməti İsrailə təxminən 4 milyard dollar dəyərində hərbi yardımın çatdırılmasını sürətləndirəcək.

Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında bildirilir.

"Mən İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirmək məqsədilə fövqəladə səlahiyyətlərdən istifadə etmək üçün qərar imzaladım", - bəyanatda qeyd olunub.

Həmçinin imzalanan sənədin ABŞ-nin əvvəlki prezidenti Co Bayden administrasiyası tərəfindən İsrailə müəyyən növ silahların tədarükünə qoyulan məhdudiyyətləri ləğv etdiyi bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 2025-ci il yanvarın 20-dən etibarən İsrailə ümumilikdə 12 milyard dollar dəyərində silah və hərbi texnika satışına icazə verib




Ana səhifəyə qayıt        Baxış: 3 283          Tarix: Dünən, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma