
Yaxın Şərq diplomatiyasında yeni və diqqətçəkən oyunçu var - Azərbaycan.
Musavat.com xəbər verir ki, “The Jerusalem Post” qəzetinin fikrincə, enerji və regional təhlükəsizlik sahəsində çevik strategiyası ilə tanınan Bakı indi İsrail və Suriya arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.
Azərbaycanın diplomatik nüfuzunun artması təsadüfi deyil: illərlə uğurlu enerji əməkdaşlığı və strateji planlaşdırma ölkəni etibarlı regional tərəfdaşa çevirib. Hazırda Bakıda İsrail-Türkiyə danışıqları keçirilir və Suriya ilə bağlı təşəbbüslər müzakirə olunur.
Nəşrin qiymətləndirməsinə görə, əgər İsrail və Suriya arasında sülh danışıqları başlayarsa, bu tarixi dialoqun məhz Xəzər dənizinin sahilində — Azərbaycan paytaxtında baş tutma ehtimalı böyükdür.
Paylaş: