Xəbər lenti

"Ermənistan və Türkiyə hazırda münasibətlərinin normallaşdırılması prosesində düzgün yolla irəliləyirlər".

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda "Orbeli: sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bəyan edib.

O, əmin oduğunu bildirib ki, regional nöqteyi-nəzərdən Ermənistanın müstəsna vəziyyət yaranıb - İrəvanın regionun bütün ölkələri, o cümlədən Türkiyə və Azərbaycanla institusional əlaqəsi var. Onun sözlərinə görə, bu, əvvəllər mümkün deyildi. "Ermənistan-Türkiyə münasibətləri, zənnimcə, düzgün yoldadır", - deyə baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, o, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından və sərhədin açılmasının zaman məsələsi olduğundan artıq danışıb. "Mən bu mövqeni təsdiqləyirəm, çünki biz düzgün yoldayıq. Burada problem bu yolun keçilməsi sürətidir. Lakin qeyd etmək lazımdır ki, bu yolun keçilməsi sürətinə təkcə iki ölkənin siyasi iradəsi deyil, həm də bəzi qravitasiya amilləri təsir göstərir", - deyə o vurğulayıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı Avropa Siyasi Birliyinin 2026-cı ilin may ayında İrəvanda keçiriləcək sammitinə dəvət etdiyini də təsdiqləyib. Bununla belə, bu səfəri Türkiyə tərəfinin əvəzinə şərh verməyi məqsədəuyğun hesab etməyən Paşinyan səfərin hər halda baş tutacağına ümidvar olduğunu bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 078          Tarix: Dünən, 19:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma