Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin yeni silahlar alması mövzusuna toxunub.

Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, o, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

"Niyə bu silahları indi ala bilirik, əvvəllər yox? Ən əsası budur ki, indi strategiyalarımız legitimliyə əsaslanır. O vaxt bizə açıq deyirdilər ki, bizə bəslənilən hörmətə baxmayaraq, silah sata bilməzlər, çünki bizim bu silahları öz suveren ərazimizin hüdudlarından kənarda, yəni beynəlxalq səviyyədə tanınmış ərazimiz hesab edilməyən bölgələrdə istifadə etməyəcəyimizə dair zəmanətləri yoxdur", - Paşinyan bildirib.

Baş nazir, həmçinin bildirib ki, mətbuatda işıqlandırmamaq şərti ilə jurnalistləri yeni alınmış silahlarla tanış olmağa dəvət edir.




Ana səhifəyə qayıt        Baxış: 2 860          Tarix: Bu gün, 14:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma