Xəbər lenti

"Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə sülh gündəliyini və birgə icra edəcəyimiz layihələri müzakirə etdik".

Bu fikirləri Oxu.Az-a açıqlamasında noyabrın 21-22-də Bakıda səfərdə olan Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə iştirak edən Azərbaycan heyətinin üzvü Kəmalə Məmmədova deyib.

Bakıda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş: Sülh gündəliyi və birgə layihələr müzakirə olundu

O bildirib ki, səfər çərçivəsində qonaqlar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər:

"Mövcud və gələcək fəaliyyətimizlə bağlı müzakirələrimiz oldu. Burada əsas istiqamət olaraq media sahəsində əməkdaşlıq, həmçinin ekspert və vətəndaş cəmiyyətləri arasında əlaqələrin genişlənməsi müəyyən olundu. Həmçinin mədəni proqram da baş tutdu. Qonaqlar Qız qalasını, Heydər Əliyev Mərkəzini, İçərişəhəri, Botanika bağını və Erməni kilsəsini ziyarət etdilər. Vaxtı müəyyənləşməsə də, qərara aldıq ki, bu tip görüşlərimiz davamlı keçirilsin".




Ana səhifəyə qayıt        Baxış: 3 060          Tarix: Dünən, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma