Sağlam bir bədəndə qan dövranı nizamlı bir şəkildə işləməlidir. Dövran sistemi sayəsində hüceyrələrə nizamlı olaraq qan və oksigen çatdırılmaqla yanaşı, bədəndə ki, tullantı və karbon 4 oksid maddələr çölə atılır. Qan dövranında meydana gələ biləcək hər hansı bir narahatlıq bir çox xəstəliyin meydana gəlməsinə zəmin hazırlaya bilər və bu xəstəliklərin bir çoxu həyati təhlükə daşıya bilər.
Qan dövranının pozulmasının əlamətləri
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, ayaqları istifadə edərkən ağrının olub olmadığına diqqət yetirmək lazımdır. Axsamalar olursa, bu halda ayaqlara kafi miqdarda qan getmir deməkdir. Hərəkət ya da istirahət halında qol və ayaqlarda keyimə və halsızlıq müşahidə edilə bilər. Daha inkişaf etmiş hallarda üz əzələlərində pozulma müşahidə edilə bilər. Üzdə sallanma və danışıqda pozuntu halları ortaya çıxır. Bu vəziyyət diqqətə alınmalıdır. Çünki belə bir vəziyyətin meydana gəlməsi beyinə kifayət qədər qan getmədiyinin göstəricisidir və iflic riski olduqca yüksəkdir. Əl və ayaqlarda kafi qan dövranı olmadığı zaman bu orqanlarda şişmə ya da soyuqluq müşahidə edilə bilər. Bunun yanında nəbzin düşməsi və ayaqlarda rəng dəyişikliyi vardır. Dərinin mavi bir rəngə çevrilməsi qan hüceyrələrinin oksigensiz qaldığını göstərir.
Qan dövranının pozulmasının müalicəsi
Qan dövranının pozuntusuna səbəb olan hal müəyyən edildikdən sonra, təbii müalicələr və tibbi müalicələr tətbiq olunaraq bu vəziyyət ortadan qaldırıla bilər. Müntəzəm olaraq idman etmək qan dövranının pozuntusunu aradan qaldırmada təsirli olacaq. Qidalanmaya diqqət yetirilməlidir. Balıq yağı sayəsində qandakı xolesterol və trigliserid miqdarı salınaraq qan dövranı gücləndirilməlidir.
Paylaş: