Alimlər kişilərin ən böyük problemlərindən biri olan “saç tökülməsi”nin qarşısını almaq üçün maraqlı üsul kəşf ediblər.
Koreyalı alimlər və mütəxəssislərdən ibarət bir qrup müəyyən yaşdan sonra kişilərdə saç tökülməsinə səbəb olan iki növ zülal maddələr qrupunun olduğunu iddia edirlər.
Koreyanın Yonsey Universitetindən olan mütəxəssislər laboratoriya şəraitində saç tökülməsi ilə üzləşən bir neçə insanın saç toxumalarını tədqiq ediblər. Toxumaların tərkibində “CXXC5” zülalının normadan artıq olduğu aşkarlanıb. Məhz bu zülalın digər bir qrup “DSH” zülalı ilə birləşməsi zamanı yaranan istilik foliküllər toxumalarının məhv olmasına səbəb olur.
Bu problemin qarşısını almaq məqsədilə alimlər “CXXC5” və “DSH” zülal qrupunun birləşməsinə mane olacaq və saç artımını stimullaşdıracaq.
Hazırlanan məhlul istifadədən 28 gün sonra öz effektini verməyə başlayır. Lakin mütəxəssislər hazırda hazırlanan məhlulun adını və tərkibini tam olaraq açıqlamaq istəmir. Effektivlik xüsusiyyətini daha da təkmilləşdirdikdən sonra təqdimat keçiriləcək.\\Publika.az
Paylaş: