Xəbər lenti

 Uşaqlıq vaxtlarından bizi öyrədiblər ki, duru yeməklər (müxtəlif suplar, borş) çox faydalıdır və onları hər gün yeyən insan həzm sistemini müxtəlif xəstəliklərdən qoruyur.

Lakin son zamanlar aparılmış araşdırmalar göstərir ki, duru yeməklər nəinki faydalı deyil, onları hətta ziyanlı hesab etmək olar.

Alimlər mətbəxlərdə duru yeməklər olmayan ölkələrin sakinlərinin sağlamlığını təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, bu ölkələrin sakinlərində mədə-bağırsaq sistemi xəstəlikləri digər ölkələrlə eyni səviyyədədir.

Bundan əlavə araşdırmalar göstərib ki, ət bulyonları və onlardan hazırlanmış suplar həzm sistemini və qaraciyəri yükləyir. Həmçinin bişirilmə zamanı bulyonlara ətdən və xüsusilə sümüklərdən ziyanlı maddələr çıxır.

Bəzi xəstəliklər zamanı ət bulyonlarında olan purinlər hətta çox ziyanlı ola bilər. Bu xəstəliklər arasında - artrit, podaqra, böyrək xəstəlikləri, mədə xorası, xroniki qastrit, öd daşı xəstəliyi və s.

Bütün bunları nəzərə alaraq duru yeməkləri sağlamlıq üçün çox da faydalı hesab etmək çətindir.

Bulyonda olan ziyanlı maddələrin miqdarını azaltmaq üçün əti 5-10 dəqiqə qaynatmaq, sonra bu bulyonu tullamaq, ətin üzərinə təmiz su töküb bişirmək lazımdır.

Bəzi mütəxəssislər ət bulyonlarından ümimiyyətlə imtina etməyi və onları tərəvəz bulyonları ilə əvəz etməyi tövsiyə edir.

Saglamolun.Az




Ana səhifəyə qayıt        Baxış: 1 436          Tarix: 10-05-2017, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma