Xəbər lenti

 

Şəkər xəstəliyi haqqında yetərincə paylaşmalar etsəm də bu bitkilərin birgə istifadəsi, belə desək məni heyrətləndirdi.

Artıq bir çox insanlar heç bir vasitədən istifadə etmədən bu bitki qarışımından istifadə edərək normal həyatlarını yaşayırlar.

Çayın tərkibi:

- Ud hindi üyüdülmüş – 300 qram

- Qarazirə meyvəsi üyüdülmüş – 300 qram

- Bağayarpağı üyüdülmüş – 300 qram

Deməli, bu bitkilər quru olmalı, yaxşı-yaxşı üyüdülüb bir-birinə qarışdırmalı və şüşə balonda saxlanılmalıdır. Yaxşı olar istifadəni belə edəsiniz, deməli, qarışıqdan hər dəfə təxminən 100 qram balondan götürüb balaca, bir ağzı bağlana bilən bir qaba tökəsiniz ki, hər dəfə ağzı açılanda bitkilərin efirli birləşmələri uçmasın.

Bu 3 bitkinin bir-birinə qarışımı, deməli, həm qanda şəkərin səviyyəsini aşağı salır, həm mədənin insulin istehsal olunan Langerhans adacıqlarına təsir edərək təbii insulin istehsalını artırır, həm də kapilyar qan dövranın pozulmasının qarşısını alır.

Ümumiyyətlə bu bitkilər ayrı-ayrılıqda belə çox faydalı bitkilərdir, məsələn qarazirə immun sistemi üçün mükəmməl bir bitkidir, ud hindi çox güclü iltihabi əleyhinə və mədəaltı vəzin iltihabında əvəzolunmaz bir bitkidir. Tərkibində zəngin insulin vardır. Bağayarpağı isə qanda yüksəlmiş şəkəri aşağı salmaq üçün əla bir vasitədir.

İstifadəsi:

Bitkilər üyüdüləndən sonra bir-birinə qarışdırılmalı, qarışıqdan gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı 1 stəkan qaynar suya qarışdırıb içməli. Müalicə müddəti 3 aydır. Hamiləlik zamanı bu bitki qarışımından istifadə etmək olmaz.

Fizulihuseynov.com/Saglamolun.Az/

 






Ana səhifəyə qayıt        Baxış: 879          Tarix: 15-05-2017, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma