Xəbər lenti
 
Astara Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələrin qaçaqmalçılığının qarşısını alıblar.
Ovqat.com bildirilib ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a vereilən xəbərə görə, idarənin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn Hindistan Respublikasının vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb.
Kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə, eləcə də vətəndaşın əl yüklərinə və üzərinə baxış keçirilib.
Baxış zamanı, gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələr - 1 ədəd bükümdə, ümumi xalis çəkisi 2,054 qram təşkil edən marixuana və üç ədəd bükümdə, ümumi xalis çəkisi 16,389 qram təşkil edən həşiş aşkar edilib.
Bundan başqa, 27 ədəd həb şəklində “Alprazolam”, 1 ədəd bükümdə, xalis çəkisi 0,450 qram təşkil edən metamfetamin və 1 ədəd bükümdə, xalis çəkisi 0,340 qram təşkil edən metilendioksiamfetamin (MDA) adlı psixotrop maddələr, həmçinin 20 ədəd həb şəklində “T-Dol-Tramadol Hydrochloride Tablets” adlı güclü təsiredici maddə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.



Ana səhifəyə qayıt        Baxış: 1 098          Tarix: 17-04-2017, 13:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma