Hər gün sevərək istifadə etdiyiniz bir sıra qidaların diş sağlamlığına zərəri barədə bəziləriniz bəlkə də məlumatlısınız.
Bəzilərinin sevərək, bəzilərinin isə yararlı olacağını sanaraq istifadə etdiyi dişə zərər vuran qidalar hansılardır?
Limonlu su – Arıqlamağa kömək edən limonlu sudan istifadə son zamanlarda daha da artıb. Ancaq limon asidli olduğu üçün dişlərin minasına zərər verə bilər.
Südlü qəhvələr – Qəhvə sağlamlığa olduqca yararlıdır. Normal qaydada istifadə edildiyi təqdirdə ağız sağlamlığı üçün heç bir təhlükəsi yoxdur. Gündə bir fincandan artığı isə sağlamlığa zərər vura bilər.
Fındığın dişlərinizdə ləkəyə səbəb ola biləcəyi barədə məlumatınız varmı? Bu səbəbdən, çox istifadəsi zərərli ola bilər.
Qurudulmuş meyvələrin yapışqan və şəkərli quruluşu səbəbiylə dişlərə zərər verə biləcəyi zənn edilir. Mütəxəssislər, istifadədən sonra dişlərin fırçalanmasını tövsiyə edir.\\Hekimtap.az
Paylaş: