Keyfiyətli tamdənli undan hazırlanmış çörək çox faydalı və qiymətli məhsuldur.
Onun tərkibində qidalı liflər, B qrupu vitaminləri, E vitamini, dəmir, maqnezium var. Bütün dünyada diyetoloqlar çörəyi gündəlik qidalanmaya daxil etməyi tövsiyə edir.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, diyetoloqların fikrinə görə, buna əks-göstərişlər yoxdursa, gün ərzində 300 qr qədər çörək yemək olar.
Bir çoxları artıq çəkidə məhz çörəyi "günahlandıraraq" arıqlamaq üçün çörəkdən imtina edirlər. Lakin müasir diyetoloqların fikrinə görə, yalnız çörəkdən imtina etməklə arıqlamaq mümkün deyil. İlk növbədə yaşlı və şirin qidaların istehlakını azaltmaq lazımdır.
Bir çox insan qara çörəyi daha faydalı hesab edir. Lakin bu belə deyil. İsraildə aparılmış araşdırmalar göstərib ki, qara və ağ çörək orqanizmə demək olar eyni təsir edir. Lakin bəzi insanların orqanizmi qara, digərlərin isə ağ çörəyi daha yaxşı mənimsəyir. Alimlərin fikrinə görə, bu genetika ilə bağlıdır.
Paylaş: