Qızdırmasalıcı və ağrıkəsici kimi məşhur olan parasetamol dərmanı hamilə qadınlarda dölün inkişafına mənfi təsir göstərir.
Britaniya alimləri ümumiyyətlə parasetamolun hamilələr tərəfindən qəbuluna qadağa qoyulmasını məsləhət görür.
Belə ki, alimlər 6-11 aylıq 14 min körpə üzərində apardıqları müşahidələr zamanı onlarda hiperaktivlik və diqqət azlığı sindromunun anaların hamiləliyin 18-32 –ci həftəsində parasetamol qəbulu ilə sıx əlaqədardır. Dərmanın əks
təsiri beyində çox təzahür edir və bu hal 5-6 yaşına kimi davam edir.
Xüsusən oğlan uşaqları bu dərmanın təsirinə çox həssasdır.
Bu gün dünyada parasetamol hamilələr üçün ən təhlükəsiz hesab edilən dərmandır, lakin indi alimlər uşağın gələcək inkişafına təsirinin olduğunu sübut edirlər.
Eləcə də parasetamol astma, autism və s. sinir mənşəli xəstəliklərini sürətləndirir. \\Medicina.az
Paylaş: