Xəbər lenti

 

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.
Medicina.Az xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev Şamaxı Müalicə Diaqnostika Mərkəzinin baş həkiminin müalicə işləri üzrə müavini Şöhrət Abdulla oğlu Abdullayevin Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilməsi ilə bağlı əmr imzalayıb.
Bu vaxta qədər xəstəxananın baş həkimi vəzifəsini Səməd Fətəliyev müvəqqəti icra edirdi.
Qeyd edək ki, ötən ayın sonunda Səməd Fətəliyevin vəzifəsindən azad olunduğu barədə məlumat yayılmışdı. Məlum olmuşdu ki, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirlikləri Şamaxıda reyd keçirib, reyd zamanı QAZ-52 markalı, 06 BC 908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkarlanıb.
Araşdırma zamanı ağacların Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Bundan sonra Səməd Fətəliyev barəsində akt tərtib edilmişdi.
Xatırladaq ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elxan Məmmədov bu ilin mayında nazirin əmri ilə vəzifəsindən azad olunmuşdu.



Ana səhifəyə qayıt        Baxış: 629          Tarix: 9-10-2019, 11:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma