Xəbər lenti
 
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi postuna təyinat olub.
Səhiyyə nazirinin əmrinə əsasən Quba rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi İsmayıl Mirzəliyev bu vəzifəyə gətirilib.
Hazırda Quba rayon Mərkəzi Xəstəxanasında isə baş həkim vəzifəsini əvvəllər İ. Mirzəliyevin müavini olmuş Əliyar Səfərov əvəz edir.
Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxasının baş həkimi Həbib Yüzbaşov bu ilin iyul ayında vəzifəsindən azad edilmişdi.\AZXEBER.COM\



Ana səhifəyə qayıt        Baxış: 532          Tarix: 15-09-2017, 19:31      


Paylaş: