Xəbər lenti

 

Nəfəsinizi tutun: ən qədim müalicə üsulu nəfəsi tutmaqdır. Nəfəsinizi tutmaq diafraqmanın düzləşib genişlənməsini çətinləşdirir. Bu da yüngüllük gətirir.

Biri sizi qorxutsun: qorxu refleksi hıçqırığı aradan qaldırır. Milli.Az deyerler.org-a istinadən bildirir ki, bunun üçün biri sizi qorxutduğu zaman hıçqırıq keçir.
Bir kağız torbanın içinə nəfəs alıb verin: qandakı karbondioksid səviyyəsini artırdığı, sinirləri və diafraqmanı sakitləşdirdiyi bilinir.
Dilinizin altına bal sürtün: şirin yemək onuncu sinirə təkan verir, beyninizə siqnal göndərir və diafraqma təzyiqini azaltmağı təmin edir.
Bir dilim limon çeynəyin: limonun acılığı da onuncu sinirə təkan verir və hıçqırıq aradan qalxır.
Dizlərinizi sinənizə çəkin: oturun, arxaya söykənin və dizlərinizi sinənizə çəkin. Bu diafraqmaya təzyiq edəcək, əzələ çəkilməsinə mane olacaq. /Milli.az/




Ana səhifəyə qayıt        Baxış: 941          Tarix: 21-06-2017, 01:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma