Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
Bəzi dünya ölkələrində antibiotiklər apteklərdə yalnız reseptlə verilir, bizdə isə açıq şəkildə satılır. Biz də mərhələli şəkildə belə satışa başlaya bilərik. Heç olmasa, addım-addım geniş spektrli antibiotiklərin reseptsiz satışına qadağanın qoyulmasına başlamalyıq.
Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.
Y.Qarayeva deyib ki, Avropada evdə müalicə olunan, yüngül vəziyyətdə olan COVİD xəstələrinə vitaminlər, mikroelementlər və qızdırmasalıcı preparatlar təyin edilir:
“Avropa ölkələrində evdə müalicə olunan yüngül xəstələrə bundan əlavə dərman verilmir. Azərbaycanda isə bəzən həkimlər özləri də antibiotiklərdən düzgün istifadə etmirlər. Bəzən həkimlərimiz evdə müalicə olunan, yüngül vəziyyətdə olan xəstə ilə bağlı daha tez müsbət nəticə almaq üçün antibiotikləri erkən mərhələdə təyin edirlər. Bu da xəstənin yanlış müalicəsinə, xəstəxanaya ağırlaşmış halda gəlib çatmasına səbəb olur”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı da Azərbaycanda antimikrob dərmanların sərbəst satışına qadağanın qoyulması vacibliyini vurğulayıb:
“İndi buna qadağanın qoyulmalıdır. Nəzərə alaq ki, nə qədər çox dərman qəbul edilərsə, o, orqanizmə bir o qədər zərər vurur. Hazırda COVID-ə müalicəsi üçün xüsusi dərman yoxdur. Ona görə də dərmanları ehtiyac olduqda qəbul etmək lazımdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar