Xəbər lenti


TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-a qarşı vaksinləri istifadə etməkdən çəkinən insanlara müraciət edib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, A.Qurbanov istənilən yoluxucu xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yolun vaksin olduğunu deyib.

“Bizim hər birimiz uşaq olarkən qızılca, difteriya və s. xəstəliklərə görə peyvənd edilmişik. Qızılca əleyhinə vaksinlərin tərkibində zəiflədilmiş qızılca virusları var. Vərəm əleyhinə vaksinlər bizə hələ doğum evində ikən - həyatımızın birinci həftəsində vurulur. COVİD-19-a qarşı olan vaksinlərin tərkibində isə öldürülmüş və ya zəiflədilmiş COVİD-19 virusu var”, - professor bildirib.

A.Qurbanov əlavə edib ki, bu vaksinlərin heç biri orqanizmdə virusa bərabər olmur:
“Sadəcə olaraq, vaksin vurulduqdan sonra virusa qarşı qoruyucu müdafiə immuniteti - antitel və ya anticisimlər yaranır. Bu anittellər orqanizmə kənardan daxil olan virusları zərərsizləşdirilir və insanları virusdan qoruyur”.



Ana səhifəyə qayıt        Baxış: 2 704          Tarix: 18-01-2021, 14:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma