Xəbər lenti

Lazarev Klubu Qarabağa “Sрutnik V” peyvədənlərinin ilk partiyasını göndərib.

Axar.az xəbər verir ki, Qarabağda 7500 doza vaksin göndərilib.

Peyvəndlər Ermənistana, oradan da Qarabağa çatdırılıb. Vaksinin Qarabağa gətirilməsini klub özü maliyyələşdirib və onlara bu işdə Robert Köçəryanla Arkadi Qukasyan yardım edib.

Qeyd edək ki, Lazarev Klubu Qriboyedov Klubunun yerinə yaradılıb.

Klubda Rusiya və Ermənistanın məşhur simaları toplaşıb. Klub Ermənistanda Rusiya təsirinin saxlanılması və genişlənməsi ilə məşğuldur.

Lazarev Klubu Azərbaycana qarşı kəskin mövqeyi ilə seçilir.




Ana səhifəyə qayıt        Baxış: 3 525          Tarix: 26-04-2021, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma