Xəbər lenti

 

Limon dünyada ən faydalı meyvələrdən biridir, çünki onun tərkibi lazımi qidalı maddələrlə zəngindir. Bununla belə limonun qabıqları da çox faydalıdır.
Axşam.az xarici KİV-ə istinadən limon və qabığının faydalarını sadalayır:
1. Limon kalium, fosfor, kalsium, maqnezium, pektin, bioflavnoid, fol turşuları, vitamin və minerallarla, o cümlədən A, C, В1 В6 vitamini ilə boldur. Bu, müxtəlif xəstəliklərlə mübarizədə olduqca kömək edir. 
2. Onların müntəzəm surətdə qəbulu immuniteti möhkəmləndirir, həzmə yaxşı təsir göstərir, qaraciyərin və bağırsağın işini yaxşılaşdırır.
3. Hamiləlik zamanı səhərlər bir stəkan limonlu su içmək xüsusilə faydalıdır. Onun qoxusu ürəkbulanmanı azaldır və həzm pozğunluğunun həllinə kömək edir.
4. Limon qabığı güclü və antiseptik xüsusiyyətlərə malikdir. Limon qabığı sinirlərini sakitləşdirir, qan damarlarını təmizləyir və ağrını azaldır. Limon yarpaqları isə qızdırmanın simptonlarını müalicə edir.
5. Limon oynaq ağrılarında da çox səmərəlidir. 




Ana səhifəyə qayıt        Baxış: 1 115          Tarix: 1-07-2017, 01:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma