Xəbər lenti

 

Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlamaq olar. Bu səbəbdən qarğıdalı alanda saçaqları atmayın, sağlamlığınız üçün istifadə edin.

Belə çayın bir çox faydalı xüsusiyyətləri var:

- Sidikqovucu təsirə malikdir - böyrəkləri, sidik yolları, sidik kisəsini təmizləyir, iltihabı azaldır.

- Arterial təzyiqin tənzimlənməsinə kömək edir, ödemləri azaldır.

- Qanda şəkərin səviyyəsini aşağı salır.

- Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır.

- Mübadilə proseslərini yaxşılaşdırır, iştahanı azaldır, arıqlamağa kömək edir.

- Sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, sakitləşdirir.

- Onkoloji xəstəlilərinin inkişafı riskini azaldır.

Çayı hazırlamaq üçün 1 ç.q. xırdalanmış qarğıdalı saçaqları götürülür, üzərinə 200 ml isti su tökülür, 30 dəqiqə ərzində dəmlənilir. Sonra çayı yaxşı süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla adi çay kimi için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon da əlavə edə bilərsiniz. /Saglamolun.Az/






Ana səhifəyə qayıt        Baxış: 1 156          Tarix: 21-06-2017, 17:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma