Xəbər lenti
Dünən, 14:56
Dünən, 10:43
29-01-2026, 19:02
29-01-2026, 15:27
29-01-2026, 13:34
29-01-2026, 13:19
29-01-2026, 10:05
29-01-2026, 10:00
28-01-2026, 18:44
28-01-2026, 17:04
28-01-2026, 14:26
28-01-2026, 13:29
28-01-2026, 12:02
28-01-2026, 10:28
28-01-2026, 10:21
27-01-2026, 17:11
27-01-2026, 15:06
27-01-2026, 13:47
27-01-2026, 13:03
27-01-2026, 12:48
27-01-2026, 12:37
27-01-2026, 10:51

Anticovid tədbirlərinə və vaksinləşdirməyə əməl olunması şərti ilə pandemiya may ayında başa çata bilər.
Bu barədə yanvarın 3-də Rusiyanın əməkdar həkimi Gennadi Onişenko xəbər verib.
«Maya qədər xeyli vaxt var. Əgər biz, indi lazım olanı etsək, o zaman həmin vaxta qədər o dayanacaq və ya idarəçilik altına düşəcək» - Onişenko TASS-a bəyan edib.
Onun fikrincə, bu gün panika salmağın və qeyri-iş günü tətbiq etməyin əsası yoxdur, belə ki, vaksin var və vaksinləşməyə diqqət cəmləmək lazımdır.
Yanvarın 1-də Yunanıstanın Saloniki şəhərindəki Aristotel Univesrsitetinin professoru Demofsen Sariyaniye bəyan edib ki, koronavirusun "omikron" ştammı fevralın 20-ə yavaşıyacaq və sonuncu olacaq. Öz proqnozlarında alim növbəti dalğanın inkişafının riyazi modelinə istinad edir.
Dekabrın sonunda «İzvestiya» "omikron" ştammını Covid-19 üçün açar hesab edən eksertlər arasında sorğu keçirib. Versiya var ki, uğurlu mutasiya halında epidemiya yox olacaq. Tibb işçilərinin proqnozlarına görə, bu proses 1 ilə qədər vaxt apara bilər.
Dekabrın 30-da «Rospotrebnadzor»un başçısı Anna Popova xəbər verib ki, «omikron» infeksiyanın digər variantı ilə müqayisədə üç-beş dəfə yoluxucudur.
AzPolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























