Xəbər lenti
 

Ovqat.com Saglamolun.Az-a istinadən xəbər verir ki, Ayova Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, qaçışla məşğul olan insanlarda idmanla məşğul olmayan insanlarla müqayisədə vaxtından əvvəl ölümün riski 40% daha azdır.
Alimlər sübut edir ki, müntəzəm qaçışla məşğul olan insanlar həyatını 3 il uzadır. Alimlər hətta belə bir formul tərtib edib: 1 saat qaçış həyatı 7 saat uzadır.
The Daily Mail xəbər verir ki, alimlər sağlamlıqla bağılı ən yaxşı nəticələri əldə etmək üçün həftədə 4 saat qaçmağı tövsiyə edir.
Alimlərin fikrinə görə qaçışın bu cür təsiri onunla bağlıdır ki, müntəzəm qaçış hipertoniya və artıq çəkinin riskini azaldır. Bu iki amil isə bütün dünyada ölümün əsas risk faktorları sayılır.



Ana səhifəyə qayıt        Baxış: 1 366          Tarix: 15-04-2017, 13:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma