Xəbər lenti

Səhiyyə naziri Teymur Musayevə yeni müşavir təyin edilib.

Bu barədə Ovqat.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirin müvafiq əmrinə əsasən, səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsinə təyin olunub.

Rüfət Hacıəlibəyov HP, “Microsoft”, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.

Qeyd edək ki, Rüfət Cahangir oğlu Hacıəlibəyov 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.




Ana səhifəyə qayıt        Baxış: 7 541          Tarix: 6-07-2022, 10:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma