Kəklikotu
Təravətli qoxusu ilə yeməklərin əvəzolunmaz elementi olan kəklikotu, ağrıkəsici xüsusiyyəti ilə də tanınır. Xüsusilə kəklikotu yağının faydalarını saymaqla bitmir. Karvakrol adlı bir maddəni ehtiva edən kəklikotu yağı, zeytun yağı ilə massaj edildikdə revmatik ağrıları qısa müddətdə sakitləşdirir. Həkimlər evdə ağrıkəsici yoxdursa, kəklikotu yağından revmatik ağrılara qarşı rahatlıqla istifadə edilə biləcəyini deyir.
Nanə
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, əzələləri rahatlaşdıran bitkilərin başında gələn nanə, xüsusilə kürək, əzələ ağrısı və baş ağrısı müalicəsində təsirli olur. Nanə bitkisinin tərkibində mövcud olan mentol analgetik, iltihab əleyhinə və antispazmatik xüsusiyyətləri təqdim etməsi sayəsində əzələ ağrısını və iltihabı azaldır. Qan dövranını artırmaqla ağrı və spazmaları azaldır.
Çobanyastığı
Rahatladıcı xüsusiyyəti ilə tanınan çobanyastığı əzələ ağrılarında ən çox istifadə edilən müalicə üsullarının əvvəlində gəlir. Bununla yanaşı təzyiq, baş ağrısı, stress, gərginlik kimi hallarda da müsbət nəticə göstərir.
Lavanda
Paylaş: