Qarğıdalı orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, qocalma proseslərini ləngidir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin profilaktikası üçün çox yaxşı vasitədir.
Ovqat.com xəbər verir ki, mövsümü olduğu üçün çoxlu qarğıdalı yeyə bilərsiniz. Ləzzətindən doymayacağınız qarğıdalı resepti təqdim edirik:
Tərkibi:
4 ədəd qarğıdalı
Duz, qara bibər
Qırmızı toz bibər
Sarımsaq tozu
Sarıkökü
Sumaq, nanə, kəklikotu
Zeytun yağı
Hazırlanması:
Qarğıdalını qaynadıb suyunu süzün. Duz və ədviyyatları kasada qarışdırın. Qarğıdalının üzərinə fırça yardımı ilə zeytun yağı sürtüb ədviyyatlara batırın. Ədviyyatları yağlı kağız olan siniyə qoyun. Öncədən 180 dərəcədə qızdırılmış sobada 10-15 dəqiqə bişirin./Metbuat.az/
Nuş olsun!
Paylaş: