İllərdir ki, istifadə etdiyiniz üzük barmağınıza olmur, ayaqlarınız da şişdiyi üçün ayaqqabılarınız sıxmağa başlayıb? Bu cür şişlər orqanizmdə mayenin toplanması nəticəsində yaranır.
Publika.az oxucuları bədəndəki şişlərin yaranma səbəbləri və ondan xilas yolları ilə tanış edib.
Duz
Gündəlik tövsiyə edilən duz norması 5 qram və ya 1 çay qaşığıdır. Əgər lazım olan miqdardan çox duz qəbul etsək, onda orqanizmdə maye toplnamağa başlaya bilər.
Nə etməli? Əlbəttə ki, duzdan istifadəni məhdudlaşdırmalıyıq. Əgər yemək şirin gəlirsə, ədviyyatlardan istifadə edin.
Allergiya
Əgər şişkinliklə qızartı və qaşınma müşayiət olunursa, onda bütün günah allergiyadadır.
Nə etməli? Əgər şiş sürətlə üz, boyun və digər orqanlara da yayılırsa, təcili tibbi yardım lazımdır. Antihistamin preparatlar kiçik şişkinliyin öhdəsindən gələ bilər.
Hormonal
Hormonal dəyişiklik orqanizmdə maye toplanmasının digər səbəbidir. Əgər şiş sizin qarnınızda müşahidə olunursa, ayaqlarınız da şişibsə, üstəlik qəfildən kökəlmisinizsə, onda çox güman ki, bunun səbəbi hormonal dəyişikliklərdir.
Nə etməli? Pəhriz saxlayın, zülallarla zəngin, həmçinin şirin, acı və duzlu qidaların sayını azaldın. Müalicə üçün endokrinoloq və ya ginekoloqa gedin.
Böyrək xəstəlikləri
Səhərlər üzdə görünən şişlər əsasən böyrəklərlə ilə bağlı problemlərdən xəbər verir. Bununla paralel olaraq bel ağrıyır və rəng sidik dəyişir.
Nə etməli? Pəhrizə riayət edin, arxası üstə yatın. Çünki üzüstə yatmaq ödəmlərin yaranmasına gətirib çıxara bilər. Nefroloqa gedin.
Ürək xəstəlikləri
Qarın və ayaqlarda şişkinlik döş ağrısı ilə, yorğunluq və təngnəfəsliklə müşayiət olunursa, bu, ürək xəstəliklərinin əlamətləridir.
Nə etməli? Bu şişləri müstəqil şəkildə müalicə etmək olmaz, kardioloqa müraciət edin.
Dərman preparatları
Ağrıkəsici, qızdırmasalıcı və s. bəzi növ dərmanların qəbulu nəticəsində şişlər meydana gəlir.
Nə etməli? Əgər dərman şişlər yaradırsa, həkimlə məsləhətləşin. Ola bilsin ki, onu belə kənar effektlər verməyən dərmanla əvəz etmək olar.
Həyat tərzi
Günün çox hissəsini ayaq üstə və ya oturaraq keçirməyə məcbur olan insanlarda da ayaq şişləri müşahidə olunur.
Nə etməli? Oturaq işdə çalışanlara mütəmadi fasilələr etmək tövsiyə olunur ki, ayaqlarda qan dövranı yaxşı işləsin. Və ayağı ayağın üstünə qoymaq vərdişini tərgidin. Əgər gün ərzində siz çox durursunuzsa, oturmaq imkanından istifadə edin, masaj edin, rahat ayaqqabılar və varikoz corablar geyinin.
Gündə ən azı 1,2 litr maye qəbul edin, qəhvə, spirtli içkilər və qazlı içkilərdən uzaq durun.
Məlumat üçün onu da bildirək ki, şişlər hətta sağlam insanlarda da isti hava şəraiti nəticəsində, narahat ayaqqabı, böyük miqdarda su qəbulu və duzlu yeməkdən sonra da ortaya çıxır.
Aytən