İsti havada insan çox tərləyir, maye itirir və bu da susuzlaşmaya səbəb olur. Susuzlaşma zamanı qan daha qatı olur ki, bu da ürək-damar, sinir sistemi və böyrəklər üçün olduqca ziyanlıdır.
Ovqat.com saglamolun.az-a istinadən bildirir ki, susuzlaşma nəticəsində qan qatılaşır. Qatı qan ürək və böyrəklərə olan yükləməni, damarlarda trombların əmələ gəlmə riskini artırır.
Həmçinin maye ilə birlikdə insan vacib mineralları və bir çox vitaminləri də itirir.
Bu səbəbdən isti havada mayenin daim bərpası olduqca vacib məsələyə çevrilir.
İlk növbədə demək lazımdır ki, spirtli içkilər, şirin qazlı içkilər, qəhvə və çay orqanizmdə mayenin itkisini bərpa etmir. Bu səbəbdən isti havada bu içkilərin istehlakını minimuma çatdırmaq lazımdır.
Ən yaxşı yay içkiləri bunlardır:
1. Adi təmiz qazsız su. Gün ərzində təxminən 1,5-2 l su için.
2. Mineral sular (müalicəvi mineral sular olmamalıdır - onlar hər insana uyğun gəlmir və onları həkim təyin etməlidir). Mineral sular bir çox vacib mineral duzları ilə zəngindir.
3. Limon şirəsi əlavə olunmuş su. 1 stəkan suya 1 ç.q. limon şirəsini əlavə edin. Bu suda həll olunan C vitamininin itkisinə mane olur. C vitamini ən vacib vitaminlərdən biridir və orqanizmdə gedən bir çox proseslərdə iştirak edir.
4. Ayran. Orqanizmi kalsium duzları ilə təmin edir, susuzluğu çox yaxşı azaldır.
5. Quru meyvələrdən dəmləmə. 1 ovuc kişmiş, 5-6 ərik qurusu, 5-6 qara gavalı qurusu götürülür, yaxşı yuyulur, axşamdan səhərə qədər termosda 1 l isti suda dəmlənilir, səhər içilir. Bu dəmləmə orqanizmi bir çox mineral duzlar ilə təmin edir. İlk növbədə bu kalium duzlarıdır ki, bu maddə ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir.
Paylaş: