Xəbər lenti

 

Qoxusu ilə belə insanı xoşbəxt edə bilən şokoladın hər gün yeni faydası üzə çıxır. 

Ovqat.com axşam.az-a istinadən şokoladın bilmədiyiniz faydalarını sadalayır:

1.Şokoladın tərkibində olan antioksidanlar xərçənglə mübarizədə faydalıdır. Belə ki, kakao qırmızı şərabla müqayisədə iki, yaşıl çayla müqayisədə isə üç qat daha çox antioksidana sahibdir.

2.Şokolad zəngin kalsium qaynağıdır. Bu da sümüklərin möhkəm olması deməkdir.

3.Şokolad xüsusilə qadınların psixologiyası üzərində müsbət təsirlərə malikdir.

4.Güclü dişlər bədəndə olan florun miqdarından asılıdır. Şokolad bu maddə ilə də boldur.

5.Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır.

6.Şirniyyatın tərkibində olan dəmir və sairə maddələr dərini gözələşdirir, hüceyrələri yeniləyir.

7.Hər gün az miqdarda şokolad yemək qan laxtalanmasının, bu isə öz növbəsində qəfil infartk riskini aradan qaldırır.

8.Şokolad insanın enerjisini artırsa da, qanda şəkərin miqdarını sürətlə artırmır.

9.Qəhvə içmək yerinə şokolad yemək daha faydalıdır. Çünki onun tərkibində daha az kofein var.

10. Şokolad dişə ən az ziyan vuran şirniyyatdır. Çünki südlü şokoladın tərkibində yüksək miqdarda protein, kalsium və fosfat var. Bu maddələr diş minasını qoruyur.

11.Şokoladdakı yağ qandakı xolesterinin artmasına səbəb olmur.




Ana səhifəyə qayıt        Baxış: 1 038          Tarix: 30-08-2017, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma