Mütəxəssislər sink mineralının əhəmiyyətinə toxunaraq bildirdilər ki, havalar soyuyub infeksiya xəstəlikləri görülməyə başlandığı zamanlar zülal baxımından daha da zəngin qidalanmaq lazımlıdır, xüsusilə heyvan mənşəli zülallar bu dövrdə çox əhəmiyyətlidir.
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, tədqiqatçılar, immun sisteminin güclü olması üçün zəruri olan payız və qış aylarında bədənin ən əhəmiyyətli ehtiyaclarından biri olan sink mineralına diqqət çəkərək, bildirdilər ki, sink bədənin müdafiə etmə və təmir mexanizmlərində çox əhəmiyyətli rol oynayar, bir çox fermentin quruluşuna daxildir, eyni zamanda qida seçkisində təsiri olan, dad alma duyğusunun meydana gəlməsində də rolu vardır. Sink mineralı, immunitet və həzm sistemi sağlamlığı baxımından və bu sistemlərin funksiyalarının uyğun şəkildə icra edilməsində təsirli olan bir mineraldır. Diabetin nəzarət altında saxlanmasına köməkçi olan sink mineralı bundan əlavə, stressin azaldılmasına, maddələr mübadiləsinin ehtiyac duyduğu enerji ehtiyacının qarşılanmasına da qatqı təmin edir. Bunlarla yanaşı sink, yaraların yaxşılaşma mərhələsinin sürətlənməsinə köməkçi olur. Sink həmçinin qışda xəstəliklərə qarşı müqaviməti artırır. Sink mineralını ən rahat qurban ətlərindən ala bilərik. Ümumiyyətlə çəki problemi olanlar səhv bir məlumatlandırmadan ötəri yağlı yeməklərdən uzaq dayanır. Bunların əksinə, yağlı yeməklər bizi kökəltməz. Yağ və zülal yeməmək və ya onların həzmini təmin edə bilməmək bizi gücsüzləşdirir və kökəlməyə səbəb olur.
Paylaş: