Xəbər lenti

ABŞ prezidenti Donald Tramp çərşənbə günü ölkənin dövlət borcunun demokrat xələfi Barak Obamanın zamanında iki dəfə artdığını xatırladıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu "Twitter" hesabında yazıb.

"Demokratların dövlət borcu haqqında söhbətlərini eşitmək gülməlidir, halbuki sabiq prezident Obama onu səkkiz il ərzində iki dəfə artırıb", - deyə Amerika lideri qeyd edib.

Sentyabrın 20-də ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 20 trilyon dolları ötüb.




Ana səhifəyə qayıt        Baxış: 887          Tarix: 30-11-2017, 13:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma