Xəbər lenti

Terrorçu PKK qruplaşmasının üzvləri Türkiyədən qaçaraq Ermənistana toplaşırlar.

Bunu Ermənistanın “Jamanak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, onlar Türkiyənin ərazi bütövlüyü və suverenliyinə qarşı çıxdıqları, təhlükəsizliyinə təhdid yaratdıqları, bu istiqamətdə terror fəaliyyəti ilə məşğul olduqları və qanunsuz silahlı dəstələr yaratdıqları üçün ölkənin təhlükəsizlik qüvvələrinin keçirdikləri antiterror əməliyyatları nəticəsində müxtəlif formada zərərsizləşdirilirlər.

"PKK hesab edir ki, Moskva və Yerevan bu terrorçu qruplaşmaya yumuşaq mövqedən yanaşır. Ona görə də terrorçular Ermənistana toplaşırlar. Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri terrorçuların Türkiyə-Ermənistan sərhədini keçməsinə şəriat yaradırlar. Sərhədi keçən PKK-çılar Ermənistanın hakimiyyət orqanlarına təslim olurlar", – məqalədə vurğulanıb. 

Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1750 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı/Report.




Ana səhifəyə qayıt        Baxış: 594          Tarix: 13-02-2018, 14:20      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent