Xəbər lenti

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediatr Nəsib Quliyev intihar edib.

Axar.az-a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub.

O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış.

Həkimin tanıyanların ehtimalına görə, tənhalıq, ailə münasibətlərində soyuqluq nəticədə həkimin intiharına səbəb ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 3 859          Tarix: 24-04-2024, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma