Xəbər lenti

"Seçkilərdə məni dəstəklədiyinlərin hər birinə təşəkkür edirəm".

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Krımın anneksiyasının 4 illiyinə həsr edilən mitinq-konsertdə deyib.

Moskvanın Manej meydanında keçirilən tədbirə gələn Putin bildirib: “Nəticələrə görə təşəkkür edirəm. Siz – bizim ümumi komandasınız, mən sizin komandanın bir üzvüyəm. Bu gün səs verənlərin hamısı bizim ümummilli komandadır. Mən burda son bir ildə çətin şəraitdə görülən işin nəticəsini görürəm, burda etibar və ümid görürəm. İnsanlarımızın ümidi onadır ki, biz yenə məsuliyyətli və daha çox nəticəyə hesablanan gərgin işimizi davam edək”/Axar.az.

Xatırladaq ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Putin prezident seçkilərinin qalibi olub.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 73.9 faiz səslə yenidən prezident seçilib.

MSK-nın rəsmi məlumatına əsasən, Putin və ən yaxın rəqibləri aşağıdakı şəkildə səs toplayıblar:

1. Putin – %73,9

2. Qrudinin – %11.2

3. Jirinovski – %6.7

4. Sobçak – %2.5

5. Yavlinskiy – %1.6

 




Ana səhifəyə qayıt        Baxış: 439          Tarix: 19-03-2018, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma