Xəbər lenti
  
Rusiya prezidenti V.Putin 18 avqustda Krıma - Sevastopola gəlib. Rusiya prezidenti alimlər və şəhər ictimaiyyətinin nümayəndələri ilə “Xersones Tavriçeskiy” muzey-qoruğunda görüş keçirib. 
Moderator.az Rusiya KİV-nə istinadən bildirir ki, həmin görüşdə Putin Xersonesdə “Rus Məkkəsi” yaratmaq lazım olduğunu deyib. Belə ki, burda knyaz Vladimirin vəftizindən - yəni xristianlığı qəbul etməsindən,  xaç suyuna salınmasından sonra  Rusiya dövlətinin möhkəmlənməsi başlamışdır.
Putin:
“Durduğumuz yer bizim xalq və dövlətçilik üçün nadir əhəmiyyətə malikdir. Ona görə yox ki, burda knyaz Vladimir xaç suyuna salınıb, xristianlığı qəbul edib, məsələ ondadır ki, bu hadisədən sonra mərkəzləşmiş rus dövlətinin  möhkəmlənməsi başlamışdır.”
Qeyd: Bundan sonra Krımın işğalına bu ad altında daha çox bəraət qazandırılacaq və günü sabahdan kampaniya formasında Xersonesə ziyarət başlasa.., təəccüblənməyin...



Ana səhifəyə qayıt        Baxış: 675          Tarix: 19-08-2017, 09:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma