Xəbər lenti

Roma Papası I Fransisk Kemerovo şəhərində baş vermiş yanğınla əlaqədar Rusiya xalqına başsağlığı verib.

Bu barədə Vatikan katolik kilsəsinin hadisə qurbanlarına və onların yaxınlarına ünvanlanmış məktubunda deyilir.

Roma papası yanğında həlak olanlar üçün, xüsusilə də uşaqlar üçün dua edəcəyini bildirib.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 67 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.

Regionda hadisə ilə bağlı martın 29-na kimi matəm elan olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 731          Tarix: 27-03-2018, 17:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma