Xəbər lenti

 

Əfqanıstan hökumətinin ardından “Taliban” hərəkatı da İd-ul-fitr bayramı ilə əlaqədar 3 günlük atəşkəs elan edib.

Azərtac xəbər verir ki, Pajhwok agentliyinin yaydığı məlumata görə, “Taliban” hərəkatı, həmçinin Qərb qoşunlarına qarşı hərbi əməliyyatları davam etdirəcəyini bildirib.

Xatırladaq ki, iyunun 7-də Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Ramazan ayının 27-dən (11 iyun) İd-ul-fitr bayramının 5-ci gününə (19 iyun) qədər ölkədə birtərəfli qaydada atəşkəs rejimi elan etmişdi. Əşrəf Qaninin sözlərinə görə, atəşkəs İŞİD qruplaşmasına və xarici qüvvələrin dəstəklədiyi digər terror təşkilatlarına şamil olunmur.




Ana səhifəyə qayıt        Baxış: 665          Tarix: 9-06-2018, 14:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma