Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yevangelist təriqətinin üzvləri ilə görüşündə rahib Endryu Bransondan danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Bransonun prezident seçkilərində Donald Trampın namizədliyini ən çox dəstəkləyən qruplardan olan yevangelistlər təriqətinin üzvü olduğu bildirilir. Evangelistlərin Endryu Bransonun sərbəst buraxılması üçün ABŞ prezidentinə təzyiq göstərdiyi deyilir.

Tramp Rahib Bransonun sərbəst buraxılması üçün mübarizə apardığını deyib. Onun bu çıxışı yevangelist liderlərin alqışına səbəb olub. Trampın çıxışı zamanı məhz Bransonla bağlı məqamın yevangelistlərin daha çox diqqətini çəkdiyi vurğulanır.

 




Ana səhifəyə qayıt        Baxış: 363          Tarix: 28-08-2018, 15:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma