Xəbər lenti

Qabil Hüseynli: “ABŞ və NATO üçün arzuedilməz məqam ondan ibarətdir ki…”

ABŞ Baş Qərargah rəisi Cozef Danford Türkiyənin Rusiyadan S-400 raket sistemləri almaq istəyini şərh edərkən maraqlı fikirlər səsləndirib. ABŞ generalı Türkiyənin bu istəyinin reallaşmadığını, lakin reallaşacağı təqdirdə ABŞ üçün narahatlıq yaradacağını bildirib.

Türkiyənin S-400-lələ silahlanması ABŞ-ı niyə narahat etməlidir? Bu narahatlığın arxasında hansı məqamlar dayanır?

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bu narahatlıq NATO-nun daxili intizam qaydalarından və  NATO standartlarından qaynaqlanır. Bu saat NATO ilə Rusya qarşı-qarşıya dayanıb. Bel bir məqamda NATO ölkələrindən birinin Rusiyadan NATO üçün təhlükəli olan silahlardan birini alması NATO prinsiplərinə tamamilə ziddir.

Digər vacib bir məqam isə texniki məsələdir. NATO-nun radar sistemləri, bu sistemlərin standartları, bütölükdə hava hücumundan müdafiə sistemləri bir çox komponentlərdən formalaşıb. Onun içrisində bir çoxu sirr xarakteri daşıyır. ABŞ bu məsələdə əsas rol oynayır. Çünki hava hücumundan müdafiə sistemləri əsasən ABŞ tərəfindən qurulur. ABŞ tərəfini narahat edən məqam təhlükəni aşkarlayan NATO-nun vahid radar sistemlərinin Rusiyanın oxşar sistemləri ilə eyni parametrlərdə işləməməsidir. Bu, tamamilə yeni bir sistemin yaradılmasını zəruri edir. Bu isə NATO üçün arzuedilməzdir. ABŞ generalının açıqlaması o anlama gəlir ki, NATO sisteminə uyğunsuzluq yaradan bu raket sistemlərinin alınması gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Bu problemlərin başında isə NATO üzvlüyündən xaric etmə məsələsi də durur.

Zənnimcə, bu, çox mübahisəli məsələdir. Türkiyənin bu addımını texniki mütəxəssislər qiymətləndirsə, bu, daha doğru olar. Lakin mən Türkiyənin bu addımını siyasi baxımdan doğru hesab etmirəm”.




Ana səhifəyə qayıt        Baxış: 1 042          Tarix: 24-07-2017, 15:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma