Xəbər lenti

 

Məhəmmədəli Nəcəfi Tehran Şəhər Şurasında baş tutan səsvermədə yekdilliklə (21 səs) İran paytaxtının yeni meri vəzifəsinə seçilib.

APA xəbər verir ki, bununla da o, Tehranın 16-cı meri olub.

Məhəmmədəli Nəcəfi “İslaahat” düşərgəsindən olan 66 yaşlı siyasətçidir. Həsən Ruhaninin dövlət rəhbəri olduğu ilk dönəmdə o, prezidentin müavini və Mədəni İrsin Qorunması Təşkilatının sədri vəzifəsində çalışıb. M.Nəcəfi həmçinin bir müddət İranın Tədqiqat və Təhsil Proqramlaşdırılması Təşkilatının rəhbəri vəzifəsində çalışıb.

Tehranın sabiq meri Məhəmməd Baqir Qalibafın 3 dövr bu vəzifədə çalışıb. M.B.Qalibaf Mühafizəkarlar düşərgəsinin tanınmış siyasətçisidir və prezident seçkilərində hazırkı prezident Həsən Ruhanin əsas rəqiblərindən biri hesab olunub. Qalibaf 2005-ci ildən Tehranın meri vəzifəsində çalışıb.




Ana səhifəyə qayıt        Baxış: 1 109          Tarix: 10-08-2017, 23:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma